AZ

ABŞ BMT yə Qəzza barədə qətnamə layihəsi təqdim edib

Ayna portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Layihə Qəzza zolağına beynəlxalq qüvvələr yerləşdirilməsini nəzərdə tutur

Bazar ertəsi günü ABŞ rəsmiləri BMT Təhlükəsizlik Şurasında bir neçə ölkəyə Qəzza zolağında ən azı iki il müddətinə beynəlxalq sabitləşdirmə qüvvələrinin yaradılmasını nəzərdə tutan qətnamə layihəsi təqdim ediblər. AYNA.AZ xəbər verir ki, bu barədə “Axios” məlumat yayıb.

Nəşrin məlumatına görə, qətnamə layihəsi "ABŞ-a və digər iştirakçı ölkələrə Qəzza zolağını idarə etmək və 2027-ci ilin sonuna qədər təhlükəsizliyi təmin etmək üçün geniş səlahiyyətlər verir, lakin uzadılma ehtimalı var".

ABŞ rəsmisi sənədin yaxın günlərdə BMT Təhlükəsizlik Şurası tərəfindən müzakirə olunacağını bildirib. Ağ Ev administrasiyası qətnamənin daha sonra səsverməyə çıxarılmasını və beynəlxalq qüvvələrin Fələstin anklavına yerləşdirilməsinin yanvar ayına qədər başlamasını istəyir.

Qətnamə layihəsi "Qəzza zolağının İsrail və Misirlə sərhədlərinin təhlükəsizliyini təmin edəcək, mülki şəxsləri və humanitar dəhlizləri qoruyacaq və əməkdaşlıq edəcəkləri yeni Fələstin polis qüvvələrini yetişdirəcək" beynəlxalq qüvvələrin yaradılmasını nəzərdə tutur. Bu qüvvələr həmçinin "Qəzza zolağının silahsızlaşdırılması, o cümlədən hərbi, terrorçu və hücum infrastrukturunun məhv edilməsi və yenidən qurulmasının qarşısının alınması", eləcə də anklavda fəaliyyət göstərən qrupların silahlarının müsadirə edilməsindən məsul olacaqlar.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
11
2
ayna.az

6Mənbələr