AZ

Çində Mixail Mişustin və Si Cinpin arasında görüş başlayıb

Çində Rusiya Federasiyasının Baş naziri Mixail Mişustinlə Çin Xalq Respublikasının sədri Si Cinpin arasında görüş başlayıb.

APA xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Agentliyin məlumatına görə, görüş Xalq Nümayəndələri Evinin Böyük Şərq Zalında keçirilir.

Qeyd edək ki, Mişustin noyabrın 3-də iki günlük rəsmi səfər çərçivəsində Çinə gedib.

Səfər çərçivəsində o, Hançjou şəhərində Çin Dövlət Şurasının Baş naziri Li Çyan ilə danışıqlar aparıb.

Seçilən
50
2
apa.az

3Mənbələr