AZ

Çində Mixail Mişustin və Si Cinpin arasında görüş başlayıb

ain.az xəbər verir, Apa.az saytına əsaslanaraq.

Çində Rusiya Federasiyasının Baş naziri Mixail Mişustinlə Çin Xalq Respublikasının sədri Si Cinpin arasında görüş başlayıb.APA xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Agentliyin məlumatına görə, görüş Xalq Nümayəndələri Evinin Böyük Şərq Zalında keçirilir.

Qeyd edək ki, Mişustin noyabrın 3-də iki günlük rəsmi səfər çərçivəsində Çinə gedib.

Səfər çərçivəsində o, Hançjou şəhərində Çin Dövlət Şurasının Baş naziri Li Çyan ilə danışıqlar aparıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
25
2
apa.az

3Mənbələr