AZ

Aparıcı banklardan 2026-ci il proqnozları: Qızılın qiyməti necə dəyişəcək?

Beynəlxalq maliyyə qurumları, hazırda 1 unsiyası təxminən 4 min dollara yaxın olan qızılın qiymətində artımın 2026-cı ildə də davam edəcəyini gözləyirlər.

FED.az xəbər verir ki, 2026-cı ilin sonu üçün ən yüksək proqnoz 5 min 55 dollar səviyyəsində müəyyən edilib.

Dünya Bankı 2026-cı il üzrə orta qızıl qiyməti proqnozunu 3 min 575 dollar səviyyəsində saxlayıb. Qlobal banklardan Citi qısamüddətli (0–3 ay) hədəfini 3 min 840 dollar, Goldman Sachs isə 2026-cı ilin birinci rübü üçün 4 min 440 dollar olaraq müəyyən edib.

Digər iri qlobal banklardan Morgan Stanley 2026-cı ilin ortası üçün 4 min 500 dollar, Wells Fargo isə 4 min 500 – 4 min 700 dollar aralığında proqnoz açıqlayıb. UBS 2026-cı ilin mart ayı üçün proqnozunu 4 min 700 dollar səviyyəsində olduğunu bəyan edib.

Standard Chartered son hesabatında 12 aylıq qiymət proqnozunu 4 min 500 dollar səviyyəsində saxladığını açıqlayıb. (Marja)

Seçilən
10
2
fed.az

3Mənbələr