AZ

Aparıcı bankalardan 2026 ci il proqnozları: Qızılın qiyməti necə dəyişəcək?

ain.az, Marja.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Beynəlxalq maliyyə qurumları, hazırda 1 unsiyası təxminən 4 min dollara yaxın olan qızılın qiymətində artımın 2026-cı ildə də davam edəcəyini gözləyirlər. Marja.az-ın məlumatına görə, 2026-cı ilin sonu üçün ən yüksək proqnoz 5 min 55 dollar səviyyəsində müəyyən edilib.

Dünya Bankı 2026-cı il üzrə orta qızıl qiyməti proqnozunu 3 min 575 dollar səviyyəsində saxlayıb. Qlobal banklardan Citi qısamüddətli (0–3 ay) hədəfini 3 min 840 dollar, Goldman Sachs isə 2026-cı ilin birinci rübü üçün 4 min 440 dollar olaraq müəyyən edib.

Digər iri qlobal banklardan Morgan Stanley 2026-cı ilin ortası üçün 4 min 500 dollar, Wells Fargo isə 4 min 500 – 4 min 700 dollar aralığında proqnoz açıqlayıb. UBS 2026-cı ilin mart ayı üçün proqnozunu 4 min 700 dollar səviyyəsində olduğunu bəyan edib.

Standard Chartered son hesabatında 12 aylıq qiymət proqnozunu 4 min 500 dollar səviyyəsində saxladığını açıqlayıb.

Həmçinin oxu

Qızılın qiyməti mühüm səviyyədən aşağı düşüb: Ucuzlşama davam edəcək?

Goldman Sachs 2026-cı ilin sonu üçün proqnozunu 4 min 900 dollardan 5 min 55 dollara qaldırıb. Londan Qiymətli Metallar Bazarları Assosiasiyası (LBMA) nümayəndələri də 12 aylıq proqnozlarını 4 min 980 dollar səviyyəsində müəyyən ediblər.

HSBC, Bank of America və Société Générale də 2026-cı ilin sonu üçün qiymət proqnozunu 5 min dollar səviyyəsində saxlayıblar.

JPMorgan, 2026-cı ilin dördüncü rübündə orta qiymətin 5 min 55 dollar olacağını, uzunmüddətli (üçillik) proqnozunu isə 6 min dollara yüksəltdiyini açıqlayıb.

Qızılın unsiyasının qiyməti 52% artıb

Qızılın unsiyasının qiyməti 20 oktyabrda 4 min 381 dollarlıq rekord səviyyəyə yüksəldikdən sonra tədricən 4 min dollardan aşağı enib. Hazırda qızıl 0,8% ucuzlaşma ilə 3970 dollar civarında ticarət olunur (Bakı vaxtı ilə saat 10:00-a olan məlumat).

2025-ci il ərzində qızılın unsiyasının qiyməti 52%-dən çox artım göstərib.

İş elanları AzVak.az-da

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
25
2
marja.az

3Mənbələr