AZ

Xüsusi təhsilli uşaqların valideynlərinə 8,1 milyon manat ayrılacaq

Bakı. Trend:

Xüsusi təhsilə cəlb olunan 13412 nəfərin valideynlərinə və yaqanuni nümayəndələrinə uşaqlarını xüsusi təhsil müəssisələrinə,sağlamlıq və reabilitasiya mərkəzlərinə və tibb müəssisələrinəaparıb-gətirmək üçün aylıq müavinət üçün 8,1 milyon manat vəsaitayrılacaq.

Trend-in məlumatına görə, bu məsələ MilliMəclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsininbugünkü iclasında müzakirə olunan “Azərbaycan Respublikasının2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksinitapıb.

Qeyd edək ki, növbəti il üzrə təhsil xərclərinə 5015,9 milyonmanat vəsait proqnozlaşdırılır ki, bu da 2025- ci illə müqayisədə78,6 milyon manat və ya 1,6 faiz, 2024-cü ilin icrası iləmüqayisədə isə 625,8 milyon manat və ya 14,3 faiz çoxdur.

Məqalədə:
Seçilən
29
1
az.trend.az

5Mənbələr