AZ

Təhsilin informasiyalaşdırılmasına 38,3 milyon manat ayrılacaq

Bakı. Trend:

Azərbaycan Respublikasında təhsil sisteminininformasiyalaşdırılmasının genişləndirilməsi ilə bağlı xərclər üçün38,3 milyon manat vəsait proqnozlaşdırılıb.

Trend-in məlumatına görə, bu məsələ MilliMəclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsininbugünkü iclasında müzakirə olunan “Azərbaycan Respublikasının2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksinitapıb.

Qeyd edək ki, növbəti il üzrə təhsil xərclərinə 5015,9 milyonmanat vəsait proqnozlaşdırılır ki, bu da 2025- ci illə müqayisədə78,6 milyon manat və ya 1,6 faiz, 2024-cü ilin icrası iləmüqayisədə isə 625,8 milyon manat və ya 14,3 faiz çoxdur.

Məqalədə:
Seçilən
7
1
az.trend.az

5Mənbələr