Bakı. Trend:
Növbəti il üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə274,5 milyon manat vəsait nəzərdə tutulub.
Trend-in məlumatına görə, bu məsələ MilliMəclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsininbugünkü iclasında müzakirə olunan “Azərbaycan Respublikasının2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksinitapıb.
Bildirilib ki, həmin vəsaitdən ümumi təyinatlı vəxüsusiləşdirilmiş xəstəxanaların, tibb mərkəzlərinin saxlanılması,habelə xüsusiləşdirilmiş tibbi xidmətin göstərilməsinə 50,4 milyonmanat, bərpa-müalicə sanatoriyalarının fəaliyyətinin təminedilməsinə 9,4 milyon manat, qanköçürmə üzrə tibbi xidmətləringöstərilməsinə 3,0 milyon manat, səhiyyə sahəsində tədqiqatfəaliyyəti üzrə işləri həyata keçirən təşkilatların saxlanılmasıüçün 2,7 milyon manat, digər xərclər üçün (məhkəmə-tibbi, tibbikriminalistik, tibbi bioloji, məhkəmə-kimyəvi ekspertizalarının vəs.) 157,7 milyon manat və sanitar-epidemioloji vəziyyətə nəzarətintəmin edilməsi, infeksiyaya yoluxmuş və onlarla təmasda olanşəxslərin monitorinqinin aparılması məqsədilə sanitarepidemiolojitədbirlər üçün 51,3 milyon manat vəsait yönəldiləcəkdir.