AZ

Gələn il Səhiyyə Nazirliyinə 274 milyon manat ayrılacağı proqnozlaşdırılır

Növbəti il üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə 274,5 milyon manat vəsait nəzərdə tutulub.

“İki sahil” xəbər verir ki,  bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.

Bildirilib ki, həmin vəsaitdən ümumi təyinatlı və xüsusiləşdirilmiş xəstəxanaların, tibb mərkəzlərinin saxlanılması, habelə xüsusiləşdirilmiş tibbi xidmətin göstərilməsinə 50,4 milyon manat, bərpa-müalicə sanatoriyalarının fəaliyyətinin təmin edilməsinə 9,4 milyon manat, qanköçürmə üzrə tibbi xidmətlərin göstərilməsinə 3,0 milyon manat, səhiyyə sahəsində tədqiqat fəaliyyəti üzrə işləri həyata keçirən təşkilatların saxlanılması üçün 2,7 milyon manat, digər xərclər üçün (məhkəmə-tibbi, tibbi kriminalistik, tibbi bioloji, məhkəmə-kimyəvi ekspertizalarının və s.) 157,7 milyon manat və sanitar-epidemioloji vəziyyətə nəzarətin təmin edilməsi, infeksiyaya yoluxmuş və onlarla təmasda olan şəxslərin monitorinqinin aparılması məqsədilə sanitarepidemioloji tədbirlər üçün 51,3 milyon manat vəsait yönəldiləcəkdir.

Seçilən
8
7
ikisahil.az

8Mənbələr