AZ

Azərbaycanda gələn il əsas kapitala 24,6 milyard manat investisiya qoyulacağı proqnozlaşdırılır

Bakı. Trend:

Bu il Azərbaycanda əsas kapitala cəmi investisiya qoyuluşu 22,6milyard manat, 2026-cı il üzrə isə 24,6 milyard manat təşkiledəcəyi proqnozlaşdırlır.

Trend-inməlumatına görə, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənayevə sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunanAzərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsinin layihəsinəAzərbaycan Respublikası Hesablama Palatasının rəyində öz əksinitapıb.

Sənədə əsasən, bu göstəricilər üzrə real artım tempinin müvafiqolaraq 0,5% və 6,9% olacağı gözlənilir.
“Büdcə zərfi”nə əsasən, ortamüddətli dövr üzrə əsas fiskalparametrlər xam neftin müxtəlif
qiymət ssenariləri əsasında hazırlanıb. Baza ssenari üzrəproqnozların hazırlanması zamanı
əsas ekzogen parametr olan neftin qiyməti 65,0 ABŞ dolları müəyyənedilib.

Bu ssenariyə əsasən, növbəti ildə ölkə iqtisadiyyatının realifadədə 2,9% artacağı, istehsal olunan ÜDM-in isə 134,1 milyardmanat olacağı proqnozlaşdırılır. Növbəti ildə yalnız qeyri neft-qazsektorunun iqtisadi artıma töhfə verəcəyi nəzərdə tutulur.

Seçilən
33
1
az.trend.az

2Mənbələr