AZ

Gələn il əsas kapitala 24,6 milyard manat investisiya qoyulacağı proqnozlaşdırılır

Bu il Azərbaycanda əsas kapitala cəmi investisiya qoyuluşu 22,6 milyard manat, 2026-cı il üzrə isə 24,6 milyard manat təşkil edəcəyi proqnozlaşdırlır.

Kommersant.az-ın məlumatına görə, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsinin layihəsinə Azərbaycan Respublikası Hesablama Palatasının rəyində öz əksini tapıb.

Sənədə əsasən, bu göstəricilər üzrə real artım tempinin müvafiq olaraq 0,5% və 6,9% olacağı gözlənilir.

“Büdcə zərfi”nə əsasən, ortamüddətli dövr üzrə əsas fiskal parametrlər xam neftin müxtəlif

qiymət ssenariləri əsasında hazırlanıb. Baza ssenari üzrə proqnozların hazırlanması zamanı

əsas ekzogen parametr olan neftin qiyməti 65,0 ABŞ dolları müəyyən edilib.

Bu ssenariyə əsasən, növbəti ildə ölkə iqtisadiyyatının real ifadədə 2,9% artacağı, istehsal olunan ÜDM-in isə 134,1 milyard manat olacağı proqnozlaşdırılır. Növbəti ildə yalnız qeyri neft-qaz sektorunun iqtisadi artıma töhfə verəcəyi nəzərdə tutulur.

Seçilən
11
1
kommersant.az

2Mənbələr