AZ

Daş Salnamə Muzeyində sərgilər

Tədbirdə “Art Weekend” layihəsinin təşəbbüskarı, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva iştirak ediblər.

Bakının mədəni həyatını zənginləşdirən “Art Weekend” festivalı çərçivəsində Daş Salnamə Muzeyində “Baku Steel Art 2025” və “Son dalğa” adlı sərgilər açılıb.

Tədbirdə “Art Weekend” layihəsinin təşəbbüskarı, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva iştirak ediblər. Qonaqlar sərgi ilə tanış olublar.

“Baku Steel Art 2025” sərgisi poladla sənətin görüş nöqtəsi, gələcək nəsillərə ilham verəcək bir yaradıcılıq körpüsüdür. Nümayiş olunan işlərdə texnologiyanın sərtliyi ilə yaradıcılığın zərifliyi bir araya gəlir. Sərgidə sənətkarlar polada yeni nəfəs verərək, onu orijinal və unikal sənət əsərlərinə çeviriblər. Müxtəlif bədii yanaşmalarla yaradılan heykəltaraşlıq nümunələri poladla sənətin estetik dəyərlərini birləşdirir və müasir incəsənətin yeni ifadə formalarını ortaya qoyur.

Sərgidə yer alan “Lövbər” əsərinin müəllifi Zamik Rzayev öz əl işi barədə məlumat verərək deyib: “Xəzər dənizinin qurumasından təsirlənərək bu əsəri yaratmışam. Göründüyü kimi, lövbər kənarda yerləşir və aşağı hissədə güzgüdən istifadə olunub. Bunun səbəbi hər kəsin ekologiyanın gözəlləşdirilməsi ilə bağlı empatiya qurmasına şərait yaratmaqdır.”

Rumıniyalı heykəltaraş, “Torpaq və od” əsərinin müəllifi Çiprian Hopirtean isə sərgidə təqdim etdiyi işin müharibənin hekayəsindən bəhs etdiyini vurğulayıb. Bu layihənin Ağdam Cümə Məscidinin bərpası üzərində ikiillik təcrübə əsasında formalaşdığını diqqətə çatdıran heykəltaraş deyib: “Məscidin divarları güllə izləri və yanıq ləkələri ilə doludur. Çünki orada müharibənin nələr edə biləcəyinin şahidi oldum”.

“Son dalğa” adlı sərgidə heykəltaraşlıq və instalyasiya əsərləri ilə tanınan Elvin Nəbizadənin kinetik instalyasiyası təqdim olunub. Əsər səs və hərəkət arasında açılan iki paralel dünyaya dəvət edir.

XQ

Seçilən
33
15
xalqqazeti.az

10Mənbələr