AZ

Azərbaycanın Ukraynaya qeyri-neft ixracı 83% artıb

2025-ci ilin yanvar–sentyabr aylarında Azərbaycandan Ukraynaya 147,3 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac olunub.

Finss.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac icmalı”nın oktyabr buraxılışına istinadən xəbər verir ki, hesabat dövründə ixrac göstəricisi ötən ilin eyni dövrü ilə müqayisədə 67 milyon dollar və ya 83,4 faiz artıb.

Təkcə sentyabr ayında Ukraynaya 15,5 milyon dollar dəyərində qeyri-neft məhsulları göndərilib ki, bu da 2024-cü ilin sentyabr ayına nisbətən 1,8 dəfə və ya 7 milyon dollar çoxdur.

Qeyd edək ki, İİTKM-in məlumatına əsasən, 2025-ci ilin ilk doqquz ayında Azərbaycanın qeyri-neft sektoru üzrə ümumi ixracı 2,6 milyard ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 7,7 faiz çoxdur.

Fuad Mədətov
Finss.az

Seçilən
10
3
fins.az

7Mənbələr