AZ

Azərbaycanın İsveçrəyə qeyri-neft ixracı 2,1 dəfə artıb

Bu ilin yanvar–sentyabr ayları ərzində Azərbaycandan İsveçrəyə 247,8 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac olunub.

Finss.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac icmalı”nın oktyabr buraxılışına istinadən xəbər verir ki, hesabat dövründə ixrac göstəricisi ötən ilin eyni dövrü ilə müqayisədə 128,2 milyon ABŞ dolları və ya 2,1 dəfə artıb.

Təkcə sentyabr ayında İsveçrəyə 27,7 milyon ABŞ dolları həcmində qeyri-neft məhsulları göndərilib. Bu isə 2024-cü ilin sentyabrı ilə müqayisədə 8,7 milyon ABŞ dolları və ya 45,8 faiz çoxdur.

Qeyd edək ki, 2025-ci ilin yanvar–sentyabr aylarında Azərbaycanın ümumi qeyri-neft ixracı 2,6 milyard ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 7,7 faiz artım deməkdir.

Fuad Mədətov
Finss.az

Seçilən
22
3
fins.az

7Mənbələr