AZ

Devid Bekhemə cəngavər titulu verilib - FOTO

Yazını böyüt
Yazını kiçilt

Böyük Britaniya kralı III Çarlz Berkşirdəki Vindzor qəsrində keçirilən mərasimdə 50 yaşlı futbolçu Devid Bekhemə cəngavərlik titulu verib.

Bu barədə hafta.az BBC-yə istinadən məlumat verir.

İngiltərə millisinin keçmiş kapitanı futbol və Britaniya cəmiyyətinə xidmətlərinə görə cəngavərlik titulu alıb.

Bekhem cəngavərlik titulundan çox qürur duyduğunu söyləyib:

“İnsanlar mənim nə qədər vətənpərvər olduğumu bilirlər - mən ölkəmi sevirəm. Həmişə monarxiyanın ailəm üçün nə qədər vacib olduğunu demişəm. Dünyanın hər yerinə səyahət etmək şansım olub və insanların mənimlə danışmaq istədiyi tək şey monarxiyamızdır. Mən bununla fəxr edirəm”.

Vindzor qəsrində Bekhemə həyat yoldaşı Viktoriya və valideynləri Sandra və Devid də qoşulublar.

Seçilən
11
11
hafta.az

10Mənbələr