AZ

Bekhem “cəngavər” oldu

ain.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.

Böyük Britaniya kralı III Çarlz məşhur keçmiş İngiltərə futbolçusu Devid Bekhemi “cəngavər” elan edib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda “The Times” nəşri məlumat yayıb.

Tədbirdə qonaqlar arasında xanım titulu verilən Bekhemin həyat yoldaşı Viktoriya da olub.

Böyük Britaniya Bekhemin cəngavər olmasını onun idman nailiyyətləri və xeyriyyəçilik fəaliyyəti ilə izah edib. Qeyd olunur ki, Bekhem ədəbiyyat üzrə Nobel mükafatı laureatı və yapon əsilli britaniyalı yazıçı Kazuo İşiqura ilə yanaşı “cəngavər” olub.

Qeyd edək ki, Devid Bekhem peşəkar karyerası ərzində “Mançester Yunayted”, “Real Madrid”, “Milan”, “Paris Sen-Jermen” kimi dünya futbol nəhənglərində çıxış edib. O, İngiltərə millisində 115 oyun keçirib, 17 qol vurub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
39
11
qafqazinfo.az

10Mənbələr