AZ

Ukraynanın AB üzvlüyünə imkan verməyəcəyik - Siyarto

Hazırkı macar hökuməti Ukraynanın Avropa Birliyinə üzv olmasına razılıq verməyəcək.

Axar.az xəbər verir ki, bu sözləri Macarıstan xarici işlər naziri Peter Siyarto deyib.

“Macar xalqı açıq şəkildə bildirib ki, Ukraynanın Avropa Birliyinin üzvü olmasını istəmir. AB-yə yeni üzvlərin qəbul edilməsi bütün üzv dövlətlərin yekdil razılığını tələb edir. Macarıstan və macar xalqı Ukraynanın üzvlüyünü dəstəkləmədiyini açıq şəkildə ifadə etdiyindən, Ukrayna Avropa Birliyinin üzvü olmayacaq”, - deyə qeyd olunur.
Seçilən
63
3
sherg.az

4Mənbələr