AZ

Ukraynanın üzvlüyünə imkan verməyəcəyik Siyarto

Olke.az saytından alınan məlumata görə, ain.az bildirir.

Hazırkı macar hökuməti Ukraynanın Avropa Birliyinə üzv olmasına razılıq verməyəcək.

"Ölkə.az" xəbər verir ki, bu sözləri Macarıstan xarici işlər naziri Peter Siyarto deyib.

“Macar xalqı açıq şəkildə bildirib ki, Ukraynanın Avropa Birliyinin üzvü olmasını istəmir. AB-yə yeni üzvlərin qəbul edilməsi bütün üzv dövlətlərin yekdil razılığını tələb edir. Macarıstan və macar xalqı Ukraynanın üzvlüyünü dəstəkləmədiyini açıq şəkildə ifadə etdiyindən, Ukrayna Avropa Birliyinin üzvü olmayacaq”, - deyə qeyd olunur.

Xatırladaq ki, AB-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Albaniya, Moldova, Ukrayna və Monteneqronun 2030-cu ilə qədər AB üzvü olacağını bildirmişdi.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
13
3
olke.az

4Mənbələr