Azpolitika.az saytına istinadən ain.az xəbər verir.
Rusiya Prezidenti Vladimir Putin ölkədə hərbi çağırış sistemini köklü şəkildə dəyişən iki qanunu imzalayıb.
“AzPolitika” xəbər verir ki, sənədlər artıq rəsmi hüquqi informasiya portalında dərc olunub.
Yeni dəyişikliklərə əsasən, 2026-cı il yanvarın 1-dən etibarən Rusiyada çağırış bütün il boyu – yanvarın 1-dən dekabrın 31-dək davam edəcək. Bu, hərbi komissarlıqlara ilboyu çağırış vərəqələri təqdim etmək, tibbi müayinələr və çağırış komissiyalarının iclaslarını keçirmək imkanı yaradacaq.
Eyni zamanda, əsgərlərin xidmət yerinə göndərilməsi müddətləri əvvəlki kimi qalır:
yaz çağırışı – 1 aprel – 15 iyul,
payız çağırışı – 1 oktyabr – 31 dekabr tarixləri arasında keçiriləcək.
Qanuna əsasən, elektron çağırış vərəqəsində göstərilən gəlmə tarixi onun reyestrə yerləşdirilməsindən 30 günü keçməməlidir.
Putinin imzaladığı ikinci qanun isə ehtiyatda olan hərbçilərin dinc dövrdə də xidmətə cəlb edilməsinə imkan verir. Söhbət ehtiyatda qalmaq barədə könüllü müqavilə imzalamış şəxslərdən gedir. Müdafiə Nazirliyi həmin vətəndaşları xüsusi toplanışlara çağıraraq strateji və həyat təminatı obyektlərinin mühafizəsində istifadə edə biləcək.
Qeyd edək ki, Dövlət Duması bu qanunları oktyabrın 28-də qəbul edib, bundan az sonra isə Yaroslavl və Tümen vilayətlərinin hakimiyyət orqanları ehtiyatda olanların cəlb olunmasına start verdiklərini açıqlayıblar.
Müşahidəçilər hesab edirlər ki, bu dəyişikliklər Rusiyanın faktiki olaraq daimi səfərbərlik rejiminə keçidinin və Müdafiə Nazirliyinin səlahiyyətlərinin daha da genişlənməsinin göstəricisidir.
“AzPolitika.info”
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.