Rusiyada bölgələrdə vacib obyektləri Ukraynanın dron hücumlarından qorumaq adı ilə yarımhərbi birliklər yaradılmasına başlanıb.
Musavat.com xəbər verir ki, bu prosesi qanuniləşdirən sənədi Vladimir Putin noyabrın 4-də imzalasa da, "könüllü"lərin arxa cəbhədə “döyüşə” cəlb olunması oktyabrın ortalarından başlayıb. "Kommersant"ın hesablamalarına görə, proses artıq Rusiynın iyirmi bölgəsində həyata keçirilir. Əsasən dronlara qarşı mübarizə aparmaq üçün toplanan ehtiyatda olanlar bu müddət ərzində hərbi status alacaq, bilavasitə döyüş xəttində döyüşənlər üçün nəzərdə tutulan bütün əlaqəli güzəştlər, o cümlədən sosial təminatlar və ödənişlər əldə edəcəklər.
Bildirilir ki, Leninqrad vilayətinin hakimiyyət orqanları PUA hücumlarını və təxribatlara qarşı mübarizə üçün ehityatdakı vətəndaşların könüllü birliyi olan BARS-47 bölməsinin yaradılmasını oktyabrın ortalarında elan edib. Açıq mənbələrə görə, noyabrın ortalarına qədər Rusiyanın ən azı 19 bölgəsində oxşar kampaniyalar başlamışdı. Xüsusilə, oktyabr ayının sonunda Tatarıstanda Kazan və Nijnekamskdakı neft obyektlərini qorumaq üçün ehtiyatda olan hərbi mükəlləfiyyətlilərin işə qəbulu başlayıb, noyabrın 21 əsgərdən ibarət ilk dəstə Kazanda hərbi təlim keçmək üçün Nijnekamskdan yola düşüb. Başqırdıstanda ehtiyatda olan əsgərlər "Başneft neft emalı zavodu" və "Ufaneftexim" və "Qazprom"un sənaye sahələri də daxil olmaqla, əsas yanacaq, enerji və neft-kimya obyektlərini PUA-lardan qorumaq üçün "mobil yanğınsöndürmə dəstələri" yaradacaqlar. Nijnekamsk vilayətində isə ilk 15 ehtiyatda olan əsgər Kstovo hərbi komissarlığında bütün seçim mərhələlərindən keçib, müqavilələr imzalayıb və təlimdən sonra bölgədəki vacib infrastruktur obyektlərini qorumaq üçün göndəriləcək.
Beləliklə, Ukraynanın aramsız və dəqiq zərbələri Putini Rusiyada elan edilməmiş səfərbərliyə məcbur edib. Bu addım Rusiya hakimiyyətinin stretji obyektlərini qorumaq iqtidarında olmadığını ortaya qoyur. Artıq yayılan məlumatlara görə, bir çox hallarda insanları məcburən arxa cəbhə dəstələrinə cəlb edirlər. Bu isə faktiki olaraq məcburi səfərbərlik deməkdir.
Musavat.com