AZ

Azərbaycan derbisi: Ümumilikdə 103 oyunçu rəqib qapılarına yol tapıb

Bakı, 5 noyabr, AZƏRTAC

"Zəfər turu" çərçivəsində keçiriləcək "Qarabağ – "Neftçi" qarşılaşması öncəsi bu komandalar arasında indiyədək vurulan qolların statistikası açıqlanıb.

Bu barədə AZƏRTAC-a Peşəkar Futbol Liqasından məlumat verilib.

İlk qolu Zaur Qarayev ( "Qarabağ" ) vurub - 26.09.1992. "Neftçi" – "Qarabağ" – 1:1.

“Neftçi”nin ilk qoluna Ərani Beydiyev imza atıb - 26.09.1992. "Neftçi" – "Qarabağ" – 1:1.

Derbidə 103 futbolçu rəqib qapısına qol vurub. "Qarabağ"ın 55 oyunçusu qol sevinci yaşayıb.“Neftçi”nin 53 futbolçusu rəqib qapısına yol tapıb. 5 futbolçu hər iki komandada qola sevinib.

Mahir Emreli ( "Qarabağ" ) derbilərin bombardiridir – 9 qol.

Növbəti derbisinə çıxacaq Abdullah Zubir ( "Qarabağ" ) 8 dəfə fərqlənib və rekorda çatmaq imkanına malikdir.

“Neftçi" nin heyətində isə Nikolas Kanales və Flavinyo daha çox – hərəyə 4 dəfə fərqlənib.

Hər iki komandada qol vuranlar arasında Filip Ozobiç daha çox - ümumilikdə 6 dəfə rəqib qapılarına yol tapıb.

Seçilən
11
9
azertag.az

10Mənbələr