AZ

Derbiyə doğru: Zubir rekordun addımlığında

ain.az, futbolpress-az portalına istinadən məlumat verir.

Peşəkar Futbol Liqası “Zəfər turu” çərçivəsində keçiriləcək “Qarabağ – “Neftçi” qarşılaşması öncəsi bu komandalar arasında indiyədək vurulan qolların statistikasını təqdim edib.

Futbolpress.az xəbər verir ki, derbilər tarixində ilk qolu Zaur Qarayev vurub.

İlk qolu Zaur Qarayev ( “Qarabağ” ) vurub – 26.09.1992. “Neftçi” – “Qarabağ” – 1:1.

“Neftçi”nin ilk qoluna Ərani Beydiyev imza atıb – 26.09.1992. “Neftçi” – “Qarabağ” – 1:1.

Derbidə 103 futbolçu rəqib qapısına qol vurub.

“Qarabağ”ın 55 oyunçusu qol sevinci yaşayıb.

“Neftçi”nin 53 futbolçusu rəqib qapısına yol tapıb.

5 futbolçu hər iki komandada qola sevinib.

Mahir Emreli ( “Qarabağ” ) derbilərin bombardiridir – 9 qol.

Növbəti derbisinə çıxacaq Abdullah Zubir ( “Qarabağ” ) 8 dəfə fərqlənib və rekorda çatmaq imkanına malikdir.

“Neftçi” nin heyətində isə Nikolas Kanales və Flavinyo daha çox – hərəyə 4 dəfə fərqlənib.

Hər iki komandada qol vuranlar arasında Filip Ozobiç daha çox – ümumilikdə 6 dəfə rəqib qapılarına yol tapıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
25
10
futbolpress.az

10Mənbələr