AZ

Palata: Dövlət Sosial Müdafiə Fondu maliyyə sabitliyini qoruyur

Hesablama Palatası Dövlət Sosial Müdafiə Fondunun növbəti il üçün gəlir proqnozların icrasında, xərclərin isə dövlətin bu sahədə siyasətinin əsas istiqamətlərini əhatə etdiyi və zəruru maliyələşmə ilə təmin olacağı qalıqların istifadə edilməyəcəyi qənaətindədir.

Modern.az xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq, eləcə də Əmək və sosial siyasətin komitələrinin birgə iclasında bildirib. 

Onun sözlərinə görə, Dövlət Sosial Müdafiə Fondu maliyyə institutudur və onun dayanıqlılığının təmin edilməsi çox mühüm aspektdir:

 “Bu dövlət maliyyəsi sisteminə təsir göstərən məsələdir və Hesablama Palatasının rəyində bu istiqamətdə aparılmış təhlillərin nəticələri də daxil edilib. Cari şərtlər və proqnoz üçün əsas götürülmüş makroparametrlərin reallaşacağı ssenariyə əsaslanaraq, Fondun növbəti il üçün gəlir proqnozların icrasında, xərclərin isə dövlətin bu sahədə siyasətinin əsas istiqamətlərini əhatə etdiyi və zəruru maliyələşmə ilə təmin olacağı qalıqların istifadə edilməyəcəyi qənaətindəyik”.

Seçilən
9
4
modern.az

7Mənbələr