AZ

Vüqar Gülməmmədov: DSMF-nin zəruri maliyələşmə ilə təmin olacağı qalıqların isə istifadə edilməyəcəyi qənaətindəyik

BAKI, 5 noyabr. TELEQRAF

Hesablama Palatası Dövlət Sosial Müdafiə Fondunun növbəti il üçün gəlir proqnozların icrasında, xərclərin isə dövlətin bu sahədə siyasətinin əsas istiqamətlərini əhatə etdiyi və zəruru maliyələşmə ilə təmin olacağı qalıqların istifadə edilməyəcəyi qənaətindəyik.

Teleqraf xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bu gün Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq, eləcə də Əmək və sosial siyasətin komitələrinin birgə iclasında bildirib.

O qeyd edib ki, Dövlət Sosial Müdafiə Fondu maliyyə institutudur və onun dayanıqlılığının təmin edilməsi çox mühüm aspektdir:

“Bu məsələ dövlət maliyyəsi sisteminə təsir göstərən məsələdir və Hesablama Palatasının rəyində bu istiqamətdə aparılmış təhlillərin nəticələri də daxil edilmişdir. Cari şərtlər və proqnoz üçün əsas götürülmüş makroparametrlərin reallaşacağı ssenariya əsaslanaraq, Fondun növbəti il üçün gəlir proqnozların icrasında, xərclərin isə dövlətin bu sahədə siyasətinin əsas istiqamətlərini əhatə etdiyi və zəruru maliyələşmə ilə təmin olacağı qalıqların isə istifadə edilməyəcəyi qənaətindəyik”.

Seçilən
8
3
teleqraf.com

7Mənbələr