AZ

Bakıda növbəti ağacəkmə aksiyası keçirilib

“8 Noyabr - Zəfər Günü” ərəfəsində Bakı Şəhər İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə paytaxtın Nərimanov rayonunda, Məmməd Araz küçəsi ilə Molla Cümə küçələrinin kəsişməsindəki bağda Şanlı Zəfərin 5-ci ildönümünə həsr edilən ağacəkmə aksiyası təşkil edilib. 

Aksiyada BŞİH-nin  rəhbərliyi, əməkdaşları və struktur bölmələrinin işçiləri, RİİB-in könüllüləri  iştirak ediblər. 

“Cebheinfo.az” xəbər verir ki, iştirakçılar tərəfindən aksiyanın keçirildiyi ərazi yararsız tullantılardan təmizlənərək burada Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun 500 ədəd yeni ağac əkilib. 

Ağacəkmə aksiyası Bakı şəhərində quraqlığa davamlı bitkilərin, yerli iqlimə uyğun ağac və kolların əkilməsi, həmçinin paytaxtda ekoloji tarazlığın bərpası və ərazinin gözəlləşməsi istiqamətində görülən işlərin davamıdır.  

Seçilən
7
15
cebheinfo.az

10Mənbələr