AZ

Paytaxtda ağacəkmə aksiyası keçirilib

Yazını böyüt
Yazını kiçilt

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə paytaxtın Nərimanov rayonunda, Məmməd Araz küçəsi ilə Molla Cümə küçələrinin kəsişməsindəki bağda 8 Noyabr - Zəfər Gününün 5-ci ildönümünə həsr olunan ağacəkmə aksiyası keçirilib.

BŞİH-in mətbuat xidmətindən Hafta.az-a bildirilib ki, iştirakçılar tərəfindən aksiyanın keçirildiyi ərazi yararsız tullantılardan təmizlənərək burada Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun 500 ədəd yeni ağac əkilib.

Aksiya Bakı şəhərində quraqlığa davamlı bitkilərin, yerli iqlimə uyğun ağac və kolların əkilməsi, həmçinin ekoloji tarazlığın bərpası və ərazinin gözəlləşməsi istiqamətində görülən işlərin davamıdır.

Qeyd edək ki, əkilən ağaclara gələcəkdə qulluq göstərilməsi üçün suvarma məsələləri həll edilib, cavabdehlər müəyyənləşdirilib.

Mövsüm ərzində Bakının yaşıllaşdırılması, bitkilərə qulluq və abadlıqla bağlı işlərin davam etdirilməsi nəzərdə tutulub.

Seçilən
7
15
hafta.az

10Mənbələr