AZ

Özünəməşğulluq üçün ayrılan vəsait iş yerləri, kiçik sahibkarlığın inkişafına şərait yaradır – Soltan Məmmədov

Bakı. Trend:

Bu gün təqdim olunan hər bir rəqəm davamlı inkişaftendensiyasının bir göstəricisidir. İşsizliyə görə sığortaödənişlərinin həcminin 60 faiz artımı bizi çox sevindirir.

Trend xəbərverir ki, bunu bu gün Milli Məclisin deputatı Soltan Məmmədovparlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Əmək vəsosial siyasət komitələrinin birgə iclasında “Dövlət sosial müdafiəfondunun 2026-ci il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsizamanı deyib.

“Bundan başqa, peşə hazırlığı, əlavə təhsillə bağlı görüləntədbirlər, sığorta olunanların əməkhaqlarının bir hissəsinin fondunhesabına maliyyələşdirilməsi, kvotadan əlavə iş yerlərininyaradılması, sosial müəssisələrin yaradılması və məqsədli proqramınhəyata keçirilməsi üçün əlavə iş yerlərinin yaradılması bu günişsizlikdən sığorta fondu çərçivəsində həyata keçirilən 14istiqamətdə görülən tədbirlərin bariz nümunəsidir”, - deyə deputatvurğulayıb.

Millət vəkili bildirib ki, bu tədbirlər bu gün məşğulluğunartırılması üçün çox önəmli vacib addımlardan biridir:

“Eyni zamanda, xüsusilə, kvotadan əlavə iş yerlərininyaradılması üçün ayrılan vəsait, görülən tədbirlər, eyni zamanda,sosial müəssisələrin yaradılması və müəyyən məqsədli proqramlarınhəyata keçirilməsində əldə etdiyimiz müəyyən uğurlar mövcuddur. Burəqəmlərdə keçən illə müqayisədə artım olmadığını nəzərə alaraq,bunun davamlılığı ilə bağlı bəzi nəticələri əldə etməliyik”.

S.Məmmədov əlavə edib ki, özünəməşğulluq üçün ayrılan vəsait işyerləri, kiçik sahibkarlığın inkişafına şərait yaradır.

“Bununla bağlı hər dəfə biz müraciət edirik və nazirlikdən çoxsevindirici rəqəmlər əldə edirik. Son beş il üçün həyata keçirilmiştədbirlərlə bağlı rəqəmlər, əldə edilən uğurlar və bunun gələcəkillərdəki proqnozu ilə bağlı kiçik hesabat çox önəmli olardı”.

Məqalədə:
Seçilən
27
1
az.trend.az

2Mənbələr