AZ

Özünəməşğulluq üçün ayrılan vəsait iş yerləri, kiçik sahibkarlığın inkişafına şərait yaradır - Soltan Məmmədov

Bu gün təqdim olunan hər bir rəqəm davamlı inkişaf tendensiyasının bir göstəricisidir. İşsizliyə görə sığorta ödənişlərinin həcminin 60 faiz artımı bizi çox sevindirir.

Day.Az Trend-ə istinadən bildirir ki, bunu bu gün Milli Məclisin deputatı Soltan Məmmədov parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Əmək və sosial siyasət komitələrinin birgə iclasında "Dövlət sosial müdafiə fondunun 2026-ci il büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.

"Bundan başqa, peşə hazırlığı, əlavə təhsillə bağlı görülən tədbirlər, sığorta olunanların əməkhaqlarının bir hissəsinin fondun hesabına maliyyələşdirilməsi, kvotadan əlavə iş yerlərinin yaradılması, sosial müəssisələrin yaradılması və məqsədli proqramın həyata keçirilməsi üçün əlavə iş yerlərinin yaradılması bu gün işsizlikdən sığorta fondu çərçivəsində həyata keçirilən 14 istiqamətdə görülən tədbirlərin bariz nümunəsidir", - deyə deputat vurğulayıb.

Millət vəkili bildirib ki, bu tədbirlər bu gün məşğulluğun artırılması üçün çox önəmli vacib addımlardan biridir:

"Eyni zamanda, xüsusilə, kvotadan əlavə iş yerlərinin yaradılması üçün ayrılan vəsait, görülən tədbirlər, eyni zamanda, sosial müəssisələrin yaradılması və müəyyən məqsədli proqramların həyata keçirilməsində əldə etdiyimiz müəyyən uğurlar mövcuddur. Bu rəqəmlərdə keçən illə müqayisədə artım olmadığını nəzərə alaraq, bunun davamlılığı ilə bağlı bəzi nəticələri əldə etməliyik".

S.Məmmədov əlavə edib ki, özünəməşğulluq üçün ayrılan vəsait iş yerləri, kiçik sahibkarlığın inkişafına şərait yaradır.

"Bununla bağlı hər dəfə biz müraciət edirik və nazirlikdən çox sevindirici rəqəmlər əldə edirik. Son beş il üçün həyata keçirilmiş tədbirlərlə bağlı rəqəmlər, əldə edilən uğurlar və bunun gələcək illərdəki proqnozu ilə bağlı kiçik hesabat çox önəmli olardı".

Seçilən
15
1
day.az

2Mənbələr