AZ

U-19 millimizin oyunlarını bu hakimlər idarə edəcəklər

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin (U-19) Avropa çempionatının seçmə mərhələsindəki oyunlarının hakim təyinatları açıqlanıb.

Arena.az bu barədə AFFA-nın rəsmi saytına istinadən xəbər verir.

Yığmamız noyabrın 12-də Çexiya ilə üz-üzə gələcək. Bu matçı finlandiyalı Oliver Reytala idarə edəcək.

U-19 noyabrın 15-də Şimali İrlandiya, üç gün sonra Malta ilə münasibətlərə aydınlıq gətirəcək. Bu görüşlərə müvafiq olaraq qazaxıstanlı Sayat Karabayev və Oliver Reytala təyinat alıblar.

İlk iki matç Bakı vaxtı ilə saat 17:30-da, sonuncu oyun isə saat 14:00-da start götürəcək.

Qeyd edək ki, qarşılaşmalar Maltanın Ta Qali şəhərində keçiriləcək.

Avropa çempionatının seçmə mərhələsi
13-cü qrup

12 noyabr
Çexiya – Azərbaycan
Baş hakim: Oliver Reytala (Finlandiya).
Baş hakimin köməkçiləri: Olli Jantunen (Finlandiya), Andrea Pavia Skiavone (Malta).
Dördüncü hakim: Ezekiel Barbara (Malta).
Ta Qali. “Centenary” stadionu. Saat 17:30.

15 noyabr
Şimali İrlandiya – Azərbaycan
Baş hakim: Sayat Karabayev (Qazaxıstan).
Baş hakimin köməkçiləri: Aleksey Dolqix (Qazaxıstan), Andrea Pavia Skiavone (Malta).
Dördüncü hakim: Ezekiel Barbara (Malta).
Ta Qali. “Centenary” stadionu. Saat 17:30

18 noyabr
Azərbaycan – Malta
Baş hakim: Oliver Reytala (Finlandiya).
Baş hakimin köməkçiləri: Olli Jantunen (Finlandiya), Aleksey Dolqix (Qazaxıstan).
Dördüncü hakim: Sayat Karabayev (Qazaxıstan).
Ta Qali. “Centenary” stadionu. Saat 14:00.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Seçilən
19
21
arena.az

10Mənbələr