AZ

SİMDNX-da şəhid ailələri və Vətən müharibəsi iştirakçıları ilə görüş keçirildi

8 Noyabr – Zəfər Gününün 5 illiyi münasibətilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətində (SİMDNX) şəhid ailələrinin üzvləri, qazilər və Vətən müharibəsi iştirakçıları ilə görüş təşkil olunub.

SİMDNX-dən Publika.az-a verilən məlumata görə, tədbirdə Xidmətin rəhbər heyəti, şöbə və sektor müdirləri, həmçinin SİMDNX-də fəaliyyət göstərən Vətən müharibəsi iştirakçıları və şəhid ailələrinin nümayəndələri iştirak ediblər.

Tədbir Vətən uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.

Tədbiri giriş sözü ilə açan Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin rəis müavini Tural Abbasov çıxışında bildirib ki, 8 Noyabr – Zəfər Günü Azərbaycan tarixinin ən şanlı və qürurverici səhifələrindən biridir. O qeyd edib ki, 44 günlük Vətən müharibəsində əldə olunan Qələbə Azərbaycan xalqının milli birliyinin, siyasi iradəsinin və ədalətin təntənəsidir:

“Beş il əvvəl xalqımız Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 30 ilə yaxın işğal altında olan torpaqlarımızı azad etdi. Bu Qələbə xalqımızın birliyinin, milli iradəsinin və ədalətin təntənəsi idi. Bu gün hər bir azərbaycanlı bu Zəfərlə qürur duyur.”

Seçilən
18
17
publika.az

10Mənbələr