AZ

Dövlət Xidmətində Zəfər Gününün 5 illiyi münasibətilə görüş keçirilib

8 Noyabr – Zəfər Gününün 5 illiyi münasibətilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətində (SİMDNX) şəhid ailələrinin üzvləri, qazilər və Vətən müharibəsi iştirakçıları ilə görüş təşkil olunub. Agentlikdən SİA-ya verilən məlumata görə, tədbir şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.

Tədbirdə çıxış edən Dövlət Xidmətinin rəis müavini Tural Abbasov bildirib ki, 8 Noyabr – Zəfər Günü Azərbaycan tarixinin ən şanlı və qürurverici səhifələrindən biridir. 44 günlük Vətən müharibəsində əldə olunan Qələbə Azərbaycan xalqının milli birliyinin, siyasi iradəsinin və ədalətin təntənəsidir. Bu Qələbənin əsasında isə dövlətimizin uzun illər ərzində həyata keçirdiyi məqsədyönlü ordu quruculuğu siyasəti, güclü iqtisadi potensial və xalqla dövlətin sarsılmaz birliyi dayanır: “Beş il əvvəl xalqımız 30 ilə yaxın işğal altında olan torpaqlarımızı Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə azad etdi. Bu Qələbə xalqımızın birliyinin, milli iradəsinin və ədalətin təntənəsi idi. Bu gün hər bir azərbaycanlı bu Zəfərlə qürur duyur”.

O, şəhid ailələrinə və qazilərə göstərilən yüksək diqqət və qayğının Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən həyata keçirilən sosial siyasətin mühüm istiqamətlərindən biri olduğunu diqqətə çatdırıb: “Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti olaraq biz də bu siyasətə sadiq qalırıq. Xidmətimizdə şəhid ailələrinin üzvlərinin və qazilərin işlə təmin olunması, onların bilik və təcrübələrindən faydalanması üçün bütün zəruri şərait yaradılıb. Onlar həm fədakarlıqları, həm də peşəkarlıqları ilə kollektivimiz üçün nümunədirlər”.

Görüş zamanı Vətən müharibəsi iştirakçıları və qazilər öz döyüş xatirələrini bölüşüb, tarixi Zəfərinin xalqımız üçün mənəvi əhəmiyyətindən danışıblar. Onlar şəhidlərin ruhuna ehtiramlarını ifadə edərək dövlət tərəfindən göstərilən diqqətə və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Seçilən
28
17
sia.az

10Mənbələr