AZ

Adları "Qırmızı Kitab"a düşən quşları ovlayan ata-oğul saxlanıldı



Zərdabda adları "Qırmızı Kitab"a düşən quşları ovlayan ata və oğul saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan aia.az-a verilən məlumata görə, Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz ovun qarşısının alınması istiqamətində keçirilən tədbirlər zamanı rayonun Bəyimli qəsəbəsi ərasizində adları “Qırmızı Kitab”a düşən çöl quşları ovlayan Aleksandr Mirzəliyev və oğlu Roman Mirzəliyev saxlanılıblar.

Həmin şəxslərdən ov tüfəngi və patronlar aşkarlanaraq götürülüb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

aia.az



Seçilən
14
11
aia.az

10Mənbələr