AZ

"Qırmızı Kitab"a düşən quşları ovlayan ata və oğul saxlanıldı

Zərdab rayonunda adları "Qırmızı kitab"a düşən quşları ovlayan ata və oğul saxlanılıb.

"Cebheinfo.az" xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Zərdab Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən qanunsuz ovun qarşısının alınması istiqamətində tədbirlər keçirilib.

Tədbirlər zamanı rayonun Bəyimli qəsəbəsi ərasizində adları "Qırmızı Kitab"a düşən çöl quşları ovlayan Aleksandr Mirzəliyev və oğlu Roman Mirzəliyev saxlanılıblar.

Həmin şəxslərdən ov tüfəngi və patronlar aşkarlanaraq götürülüb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

"Cebheinfo.az"

Seçilən
9
11
cebheinfo.az

10Mənbələr