AZ

AƏSMA da Qırğızıstan nümayəndələri üçün təlimlər keçirildi FOTOLAR

ain.az xəbər verir, Unikal.az saytına əsaslanaraq.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) Əmək və Sosial Münasibətlər Akademiyasında (AƏSMA) Qərğızıstan həmkarlar ittifaqları nümayəndələri üçün təlimlər təşkil edilib.

"Unikal" xəbər verir ki, təlim proqramının açılışında çıxış edən AHİK sədrinin müavini Musa Mirzəyev Azərbaycan və Qırğızıstanın dostluq münasibətlərindən və iki ölkənin həmkarlar ittifaqları arasında əlaqələrin inkişafından danışıb, təşkil olunan təlimlərin əhəmiyyətini vurğulayıb.

Qırğızıstan Həmkarlar İttifaqları Federasiyasının sədri Muradil Cumadilde azərbaycanlı həmkarları ilə təcrübə mübadiləsinin önəminə diqqət çəkib, təlimlərin mövzusunun aktuallığını və gələcək fəaliyyətlər üçün faydalı olacağını qeyd edib.

Çıxışlardan sonra AƏSMA-nın İxtisasartırma və Kadrların İnkişafı Mərkəzində təlimlərə başlanılıb.

Təlimlər “Süni intellektin müxtəlif sahələrdə tətbiqinin mövcud vəziyyətinin təhlili, əmək və sosial sahədə dəyişikliklərdə rolu”, “Sosial dialoq vasitəsilə süni intellekt siyasətinin formalaşdırılması”, “Gələcək perspektivlər - süni intellekt və əmək sferası”, “Təhlükəsiz və sağlam iş mühiti - əmək hüququnun əsas prinsipi. Mövcud problemlər və onların həlli yolları” mövzularını əhatə edir.

Təlimlər çərçivəsində həmçinin iştirakçılarla interaktiv müzakirələr aparılır, suallar cavablandırılır.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
21
1
unikal.az

10Mənbələr