AZ

Qazaxıstan hökuməti Nikol Paşinyanı “Altun Qıran” ordeni ilə təltif etməyə hazırlaşır

Ermənistan baş naziri mükafatı Astanada keçiriləcək MDB və KTMT sammitləri çərçivəsində alacaq...

Poliqon xəbər verir ki, Qazaxıstan hökuməti Ermənistanın baş naziri Nikol Paşinyanı ölkənin xarici vətəndaşlara verilən ən yüksək dövlət ordeni – “Altun Qıran”(Qızıl Qartal) mükafatı ilə təltif etməyi planlaşdırır. Bu barədə məlumatı erməni nəşri “Qraparak” hökumət mənbələrinə istinadla yayıb.

Mərasimin noyabrın 8-də Astanada, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sammiti və MDB Dövlət Başçıları Şurasının iclası çərçivəsində keçiriləcəyi bildirilir. Mənbələrin məlumatına görə, Paşinyanın həmin tədbirlərdə iştirakı gözlənilir.

“Qraparak”ın yazdığına görə, “Altun Qıran” ordeni xüsusi dövlət xidmətlərinə görə təqdim olunur. Paşinyanın bu mükafata layiq görülməsi, nəşrin iddiasına əsasən, türk dövlətləri arasında əməkdaşlığın gücləndirilməsinə verdiyi töhfəyə və Türkiyəni Mərkəzi Asiya ilə birləşdirən Zəngəzur dəhlizinin açılmasına razılıq verməsinə görə planlaşdırılıb.

Poliqon.info

Seçilən
85
50
poliqon.info

10Mənbələr