AZ

Paşinyan-Sərkisyan qalmaqalı: "Qarabağ danışıqlarıyla bağlı sənədləri yayacam"

Ermənistanın Baş naziri Nikol Paşinyan keçmiş prezident Serj Sərkisyanın Qarabağ danışıqları barədə açıqlamalarına cavab olaraq bildirib ki, 2019-cu ilə aid danışıqlar paketini ilin sonunadək tam şəkildə dərc edəcək.

Musavat.com xəbər verir ki, Sərkisyan dünənki müsahibəsində iddia etmişdi ki, 2019-cu ildə ATƏT-in Minsk qrupunun Qarabağ nizamlanması ilə bağlı yeni sənədi mövcud olub və o, həmin sənəd barədə "Qarabağ rəhbərliyini" (separatçıları deyir) xəbərdar etmişdi. Onun sözlərinə görə, sənəd əvvəlcə Ermənistan üçün qəbuledilməz görünürdü, lakin sonradan danışıqlar üçün baza ola bilərdi.

Paşinyan cavab olaraq qeyd edib ki, həmin sənədlər əslində Sərkisyan hakimiyyətindən qalan “danışıqlar irsinin” davamı olub:

“Sən narahat olma, mən danışıqlar prosesinə aid bütün əsas sənədləri (2019-cu il daxil olmaqla) sistemləşdirmişəm. Hazırda skan edilir və ilin sonunadək əlavə izahlı məktublarla birlikdə dərc olunacaq”.

Baş nazir həmçinin bildirib ki, sənədlərin özündə açıq şəkildə “Ermənistan və Azərbaycan prezidentləri” ifadəsi yer alır, bu isə həmin təkliflərin kökündən əvvəlki hakimiyyət dövrünə aid olduğunu göstərir.

Paşinyan əlavə edib ki, dərc olunacaq materiallara Sərkisyana aid bir məktub da daxil ediləcək:

“Oyananda Koçaryana və Ter-Petrosyana da xəbər verərsən”.

Hazırda sənədlərin texniki rəsmiləşdirilməsi gedir və Paşinyanın sözlərinə görə, paket tam şəkildə ictimaiyyətə təqdim olunacaq.

Musavat.com

Seçilən
82
50
musavat.com

10Mənbələr