AZ

İndoneziyada Semeru vulkanı püskürüb

Bakı, 6 noyabr, AZƏRTAC

İndoneziyanın Yava adasının şərqində yerləşən Semeru vulkanı püskürüb, kül sütunu təxminən min metr hündürlüyə qalxıb.

AZƏRTAC xəbər verir ki, bu barədə İndoneziyanın “ANTARA” agentliyi məlumat yayıb. Bildirilib ki, vulkan yerli vaxtla saat 06:07-də püskürüb.

İndoneziya Vulkanologiya və Geoloji Təhlükələrin Azaldılması Mərkəzi (PVMBG) açıqlamasında əhaləyə partlayış mərkəzindən 8 kilometr, həmçinin Besuk Kobokan çayının yaxınlığında, çay yatağından 500 metr uzaqda qalmağı tövsiyə edib.

Seçilən
14
2
azertag.az

3Mənbələr