AZ

İndoneziyada Semeru vulkanı püskürüb

ain.az, Azertag saytına istinadən bildirir.

Bakı, 6 noyabr, AZƏRTAC

İndoneziyanın Yava adasının şərqində yerləşən Semeru vulkanı püskürüb, kül sütunu təxminən min metr hündürlüyə qalxıb.

AZƏRTAC xəbər verir ki, bu barədə İndoneziyanın “ANTARA” agentliyi məlumat yayıb. Bildirilib ki, vulkan yerli vaxtla saat 06:07-də püskürüb.

İndoneziya Vulkanologiya və Geoloji Təhlükələrin Azaldılması Mərkəzi (PVMBG) açıqlamasında əhaliyə partlayış mərkəzindən 8 kilometr, həmçinin Besuk Kobokan çayının yaxınlığında, çay yatağından 500 metr uzaqda qalmağı tövsiyə edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
5
2
azertag.az

3Mənbələr