AZ

Mahmud Abbas Roma Papası ilə görüşüb

Fələstin Dövlətinin Prezidenti Mahmud Abbas Vatikana səfəri çərçivəsində Roma Papası XIV Leo ilə görüşüb...

APA “Əl Ərəbiyyə” telekanalına istinadən xəbər verir ki, tərəflər Qəzzadakı mülki əhaliyə yardım göstərilməsinin yollarını müzakirə ediblər.

O cümlədən, Fələstin-İsrail münaqişəsinin iki dövlətli həll yolu ilə nəticələnməsinin zərurəti vurğulanıb.

Mahmud Abbasın sabah İtaliyanın Baş naziri Giorgia Meloni ilə də görüşü planlaşdırılıb.

Poliqon.info

Seçilən
1
9
poliqon.info

10Mənbələr