AZ

Mahmud Abbas Roma Papası ilə görüşüb

Fələstin Dövlətinin Prezidenti Mahmud Abbas Vatikana səfəri çərçivəsində Roma Papası XIV Leo ilə görüşüb.

"Operativ Məlumat Mərkəzi-OMM" “Əl Ərəbiyyə” telekanalına istinadən xəbər verir ki, tərəflər Qəzzadakı mülki əhaliyə yardım göstərilməsinin yollarını müzakirə ediblər.

O cümlədən, Fələstin-İsrail münaqişəsinin iki dövlətli həll yolu ilə nəticələnməsinin zərurəti vurğulanıb.

Mahmud Abbasın sabah İtaliyanın Baş naziri Giorgia Meloni ilə də görüşü planlaşdırılıb.

Seçilən
5
9
operativmm.az

10Mənbələr