Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
Apasport.az xəbər verir ki, iclasda II Liqanın VII turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
03.11.2025-ci il tarixində II Liqada VII turun “Quba” – “Şirvan” görüşünün 5-ci dəqiqəsində “Şirvan” komandasının 60 nömrəli futbolçusu Qərib İbrahimov rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir etdiyinə görə 4 oyun oyuna buraxılmasın, “Şirvan” komandası 1000 manat cərimə edilsin (maddə 52.4);
03.11.2025-ci il tarixində II Liqada VII turun “Sheki City” – “Göygöl” oyununda “Göygöl” komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün “Göygöl” komandası 70 manat cərimə edilsin (maddə 43.1);
03.11.2025-ci il tarixində II Liqada VII turun “Dinamo” – “Araz Saatlı” oyununda “Araz Saatlı” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Araz Saatlı” komandası 70 manat cərimə edilsin (maddə 43.1);
04.11.2025-ci il tarixində II Liqada VII turun “Ağstafa Gəncləri” – “Kür-Araz” oyununda “Ağstafa Gəncləri” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Ağstafa Gəncləri” komandası 70 manat cərimə edilsin (maddə 43.1).
"Qarabağ" avrokuboklarda 200-cü oyununu keçirib və 250-ci qolunu vurub
Azərbaycan derbisinə doğru: Baş məşqçilər
"Viktoriya Plzen" – "Fənərbaxça" matçı bu kanallarda
İslandiya yığmasının Azərbaycan millisi ilə oyun üçün heyəti açıqlanıb
"Qarabağ" - "Neftçi" matçının hakimləri bəlli olub