AFFA İntizam Komitəsinin iclası keçirilib.


Rekord.az xəbər verir ki, bu gün keçirilən iclasda 2-ci Liqanın 7-ci turu ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:


“Quba” – “Şirvan” görüşünün 5-ci dəqiqəsində “Şirvan” komandasının 60 nömrəli futbolçusu Qərib İbrahimov rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir etdiyinə görə 4 oyunluq cəzalanıb, komandası 1000 manat cərimə edilib.


“Sheki City” – “Göygöl” oyununda “Göygöl” komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün “Göygöl” komandası 70 manat cərimə edilib.


“Dinamo” – “Araz Saatlı” oyununda “Araz Saatlı” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Araz Saatlı” komandası 70 manat cərimə edilib.


“Ağstafa Gəncləri” – “Kür-Araz” oyununda “Ağstafa Gəncləri” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Ağstafa Gəncləri” komandası 70 manat cərimə edilib.