AZ

Maliyyə naziri: 2026-cı il dövlət büdcəsindən səhiyyə xərclərinə ayrılan məbləğ tarixi rekorddur 

2026-cı ildə səhiyyə xərclərinə ayrılan vəsait 2024-cü illə müqayisədə 40 faiz və ya 1.1 milyard manat çoxdur.

Ölkə.az xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin 2026-cı il dövlət büdcəsinin layihəsinin müzakirəsinə həsr edilmiş birgə iclasında deyib. 

“Növbəti ilin 118 milyon manat vəsait onkologiya ilə bağlı müxtəlif istiqamətlərə ayrılacaq. Bu sahədə 8 müxtəlif istiqamət icbari tibbi sığorta zərfinə daxil edilib. Gələcəkdə bunun artırılması nəzərdə tutulur",-o qeyd edib.
Nazir deyib ki, icbari tibbi sığorta orta hesabla il ərzində 5 milyon vətəndaşa xidmət edir: 
“7.5 milyon insanın sığorta haqqı dövlət büdcəsi tərəfindən ödənilir. Əlavə olaraq, icbari tibbi sığorta haqqını özü ödəyən vətəndaşlar da var. Rəsmi fəaliyyət göstərən və işsiz olan şəxslərin tibbi sığortası dövlət hesabına həyata keçirilir.  
Yeganə istisna edilən seqment qanunvericiliyin qeyri-formal məşğulluq olaraq müəyyən etdiyi şəxslərdir. Bu qanunsuz əmək fəaliyyəti ilə məşğul olan, gəlirlərini gizlədən, qeydiyyatdan yayınan şəxslərdir. Bu kəsimin sığortalanması özləri tərəfindən ödənişi edilməklə həyata keçiriləcək”. 

Nazir bildirib ki, 2026-cı ildə dövlət büdcəsindən 420 milyon manat ekologiya və ərtaf mühitin mühafizəsinə ayrılır:

“Bu 2024-cü illə müqayisədə 49-50 faizdir. Göründüyü kimi, bu sahədə də böyük artım var”. 
Sahil Babayev deputatlar tərəfindən səsləndirilən diplomatların maaşının artırılması təkliflərinə də münasibət bildirib:

“Azərbaycanın nüfuzu artır, beynəlxalq mövqeyi güclənir, diplomatik nümayəndəliklərin də sayı artır. Buna görə, bu sahəyə vəsait ayrılması da vacibdir. Diplomatların əməkhaqqının artırılması təklifinə gəlincə, bu, ötən il artıb. Onların əməkhaqqı BMT-nin müəyyən etdiyi mexanizm əsaında həyata keçirilir”.
Mürtəza

Seçilən
15
7
olke.az

9Mənbələr