AZ

“Lənkəran”ın baş məşqçisi: “Bəzi oyunçuların səviyyəsi potensialımızı tam şəkildə üzə çıxarmağa imkan vermir”

ain.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Lənkəran” basketbol klubunda bəzi oyunçuların səviyyəsi komandanın potensialını tam şəkildə üzə çıxarmağa imkan vermir.

İdman.Biz xəbər verir ki, bunu klubun baş məşqçisi Georgi Kondruseviç klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Mütəxəssis Azərbaycan Basketbol Liqasının VI turunda “Sumqayıt”a məğlubiyyəti dəyərləndirib:

“Bəli, biz mübarizə apardıq… amma daha çox özümüzlə. Təəssüf ki, hazırkı mərhələdə bəzi oyunçuların səviyyəsi komandanın potensialını tam şəkildə üzə çıxarmağa imkan vermir. Biz üzərində işlədiyimiz və planlaşdırdığımız şeyləri yerinə yetirə bilmədik.

Rəqibdə heç bir basketbolçunu fərqləndirə bilmərik. Biz ümumiyyətlə onların bütün oyunçuları ilə bağlı çətinliklər yaşadıq. Əgər rəqibi məğlub etmək istəyirsənsə, bu qədər xal buraxmaq yolverilməzdir. Həmçinin rəqibin və bizim yerinə yetirdiyimiz cərimə atışlarına diqqət yetirmək lazımdır”.

Qeyd edək ki, “Lənkəran” – “Sumqayıt” matçı qonaqların 98:94 hesablı qələbəsi ilə başa çatıb.

İdman.Biz

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
11
2
icma.az

3Mənbələr