"Lənkəran" basketbol klubunda bəzi oyunçuların səviyyəsi komandanın potensialını tam şəkildə üzə çıxarmağa imkan vermir.
Rekord.az xəbər verir ki, bunu "Lənkəran"nın baş məşqçisi Georgi Kondruseviç klubun mətbuat xidmətinə açıqlamasında deyib:
Mütəxəssis Azərbaycan Basketbol Liqasının 6-cı turunda "Sumqayıt"a məğlubiyyəti dəyərləndirib:
"Rəqibi qələbə münasibətilə təbrik edirəm. Bəli, biz mübarizə apardıq… amma daha çox özümüzlə. Təəssüf ki, hazırkı mərhələdə bəzi oyunçuların səviyyəsi komandanın potensialını tam şəkildə üzə çıxarmağa imkan vermir. Biz üzərində işlədiyimiz və planlaşdırdığımız şeyləri yerinə yetirə bilmədik. Rəqibdə heç bir basketbolçunu fərqləndirə bilmərik. Biz ümumiyyətlə onların bütün oyunçuları ilə bağlı çətinliklər yaşadıq. Əgər rəqibi məğlub etmək istəyirsənsə, bu qədər xal buraxmaq yolverilməzdir. Həmçinin rəqibin və bizim yerinə yetirdiyimiz cərimə atışlarına diqqət yetirmək lazımdır".
"Lənkəran" - "Sumqayıt" matçı qonaqların 98:94 hesablı qələbəsi ilə başa çatıb.