AZ

Nensi Pelosi Konqresdən getdiyini açıqlayıb

ABŞ-ın Nümayəndələr Palatasının sabiq spikeri Nensi Pelosi Konqresdəki siyasi karyerasını bitirmək qərarına gəlib.

Bu barədə Pelosi özü bildirib.

“Mən Konqresə yenidən seçilmək niyyətində deyiləm. San-Fransisko, gücünü tanı. Biz tarix yazmışıq. Biz irəliləyişə nail olmuşuq. Biz həmişə ən ön sıralarda getmişik”, – Pelosi videomüraciətində deyib.

Qeyd edək ki, 85 yaşlı Nensi Pelosi ABŞ Konqresində 40 ilə yaxın San-Fransiskonu təmsil edib. Onun mandatı 2026-cı ildə sona çatır.

MənbəREPORT
Seçilən
7
10
banker.az

10Mənbələr