AZ

Nensi Pelosi Konqresdən getdi

ABŞ-ın Nümayəndələr Palatasının sabiq spikeri Nensi Pelosi Konqresdəki siyasi karyerasını bitirmək qərarına gəlib.

 

Bu barədə Pelosi özü bildirib.

 

“Mən Konqresə yenidən seçilmək niyyətində deyiləm. San-Fransisko, gücünü tanı. Biz tarix yazmışıq. Biz irəliləyişə nail olmuşuq. Biz həmişə ən ön sıralarda getmişik”, - Pelosi videomüraciətində deyib.

 

Qeyd edək ki, 85 yaşlı Nensi Pelosi ABŞ Konqresində 40 ilə yaxın San-Fransiskonu təmsil edib. Onun mandatı 2026-cı ildə sona çatır.

 

APA

Tarix: 6 Noyabr 2025, 18:54   
Seçilən
4
10
pravda.az

10Mənbələr