AZ

Oğuzda 4 otaqlı ev yandı

BAKI, 7 noyabr. TELEQRAF

Oğuz rayonunda 4 otaqlı evdə yanğın olub.

Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Mə\lumata görə, Oğuz rayonunun Qumlaq kəndində ümumi sahəsi 160 m² olan birmərtəbəli 4 otaqlı evin mətbəxinin yanar konstruksiyaları 20 m² sahədə və dam örtüyünün yanar konstruksiyaları 88 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Seçilən
83
3
teleqraf.com

8Mənbələr