Bakı. Trend:
Şəki şəhərində yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Şəki şəhərində ümumisahəsi 120 m² olan birmərtəbəli, 4 otaqlı evin dam örtüyünün yanarkonstruksiyaları 60 m² sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğındanmühafizə bölmələri tərəfindən söndürülüb.