AZ

Vəkillər Kollegiyasının sədri Vətən müharibəsi iştirakçısı olan vəkillərlə görüşüb FOTOLAR

Cebheinfo saytından alınan məlumata görə, ain.az bildirir.

2025-ci il noyabrın 5-də Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağırov Vətən müharibəsində iştirak etmiş vəkillərlə görüş keçirib.

VK-nın inzibati binasında baş tutan görüş 8 Noyabr – Zəfər Gününün beşinci ildönümünə həsr olunub.

Anar Bağırov vəkilləri qarşıdan gələn 8 Noyabr – Zəfər Günü, 9 Noyabr – Dövlət Bayrağı Günü və 12 Noyabr – Konstitusiya Günü münasibətilə təbrik edib, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan tarixi Qələbənin əhəmiyyətindən danışıb.

Sədr rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlığı nəticəsində torpaqlarımızın Ermənistanın 30 illik işğalından azad edildiyini, dövlətimizin beynəlxalq səviyyədə tanınan sərhədlərinin, ərazi bütövlüyünün və suverenliyinin tam təmin olunduğunu və bu Zəfərin hər bir Azərbaycan vətəndaşı üçün qürur mənbəyi olduğunu vurğulayıb.

Həmçinin Anar Bağırov qeyd edib ki, 2023-cü il sentyabrın 19-20-də həyata keçirilmiş antiterror tədbirləri nəticəsində Azərbaycanın suverenliyi onun bütün ərazisində bərqərar olunub. Hazırda işğaldan azad edilmiş bölgələrdə genişmiqyaslı bərpa-quruculuq işləri aparılır, yeni yaşayış məntəqələri inşa edilir və keçmiş məcburi köçkünlər öz doğma yurdlarına qayıdırlar.

Görüşdə iştirak edən vəkillər döyüş yollarından danışaraq dövlətin, habelə VK Rəyasət Heyətinin onlara göstərdiyi diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər, azad edilmiş ərazilərdə Azərbaycanın üçrəngli bayrağının dalğalanmasından qürur hissi keçirdiklərini söyləyiblər. Eyni zamanda onlar doğma torpaqların bərpası və insanların yurdlarına dönüşünün hər bir vətənpərvər üçün böyük sevinc mənbəyi olduğunu bildiriblər.

Sonda Vətən müharibəsində iştirak etmiş vəkillərə qiymətli hədiyyələr təqdim olunub.

Qeyd edək ki, Vətən müharibəsində VK-nın 10 üzvü - Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Kərimov Fərhad Azad oğlu, Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Məhərrəmov Elvin Zamin oğlu, Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Cabbarov Mirhəsən Miri oğlu, “Arbitrium” Vəkil Bürosunun vəkili Pənahov Pənah Səməd oğlu, “Əkrəm Həsənov və Partnyorları” Vəkil Bürosunun vəkili Cabbarlı Polad Arif oğlu, “Union” Vəkil Bürosunun vəkili Əzimov Rauf Nəriman oğlu, Şirvan Regional Vəkil Bürosunun vəkili Babayev Bəxtiyar Rəhim oğlu, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Məcidov Elman Sanqam oğlu, Ucar rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Məcidli Elşən Seyidəli oğlu və Gədəbəy rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Səmədzadə Xəyal Natiq oğlu iştirak edərək medallarla təltif ediliblər.

"Cebheinfo.az" 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
8
8
cebheinfo.az

10Mənbələr